azerbaycanda-meherrem-ayinin-baslanacagi-tarix-aciqlandi

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlandı

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib.

Bildirilib ki, bu il Məhərrəm ayı iyulun 7-nə təsadüf edəcək:

"Bu il Məhərrəm ayının ilk günü iyulun 7-nə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Sədr müavininin sözlərinə görə, Məhərrəm ayından sonra gələn Səfər ayı avqustun 6-dan başlayacaq. 

Lent.az