1-33-milyard-manatliq-yararsiz-pul-dovriyyeden-cixarilib

1,33 milyard manatlıq yararsız pul dövriyyədən çıxarılıb

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı 1,33 milyard manat dəyərində istifadəyə yararsız əsginas və sikkələri dövriyyədən çıxarıb.

İnsider.az xəbər verir ki, bu barədə bankın hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu məbləğ 1,3 milyard manata bərabər olmuşdu.

2019-cu il yanvarın 1-dək dövriyyədə 8,36 milyard manat həcmində əsginas və sikkə olub. Əvvəlki illə müqayisədə bu göstərici 223,9 milyon manat artıb.

© Trend