abs-dan-sonra-boyuk-britaniya-da-diplomatlarini-ukraynadan-cixarir

ABŞ-dan sonra Böyük Britaniya da diplomatlarını Ukraynadan çıxarır

Böyük Britaniyanın Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının Kiyevdən təxliyəsinə başlanılıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ukraynada yerləşən səfirlikdən diplomatlarının təxliyəsinə hazırlaşan digər ölkə isə Avstriyadır.

Bu açıqlama ilə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Brüsseldə Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.

Qeyd edək ki, bu gündən etibarən ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşları və onların ailə üzvləri də Ukraynanı tərk edib.

Mənbə: TASS