assanjin-hebsinden-sonra-ekvadora-kiberhucumlar-artib

Assanjın həbsindən sonra Ekvadora kiberhücumlar artıb

“Wikileaks” təsisçisi Culian Assanjın həbsindən sonra Ekvadorun dövlət qurumlarının saytlarına 40 milyondan çox kiberhücum edilib.

İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.

Ekvadorun informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Patrisio Realın sözlərinə görə, kiberhücum edilən saytların arasında ölkə prezidentinin, DİN-in və Mərkəzi Bankın səhifələri də var.

Bununla yanaşı məmur hücumları hansısa ayrı ölkəyə, yaxud haker qrupuna bağlamayıb və etiraf edib ki, onların kimliyini müəyyən etmək problemli olacaq.

Kiberhücumların hökümət məlumatlarının oğurlanması ilə nəticələnmədiyi qeyd olunur. Lakin bu hücumlar dövlət qurumları işçilərinin hesablarına girişi çətinləşdiriblər.

Samirə Məmmədova