avro-zonasinda-inflyasiya-artdi

Avro Zonasında inflyasiya artdı

Avropa Statistika Ofisi (Eurostat), Avro Bölgəsinin aprel ayı illik inflyasiya göstəricilərini dərc edib.

İnsider.az xəbər verir ki, Avro Bölgəsində martda 1,4 faiz olan illik inflyasiya apreldə 1,7 faizə qalxıb.

Avro Bölgəsində aprel ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya  5,4%-lə enerjidə olub. Növbəti yerləri 1,9 faiz ilə xidmətlər, 1,5 faiz ilə qida, alkoqol və tütün məhsulları tutur

Digər tərəfdən, Avro Zonasında pul siyasətini aparan Avropa Mərkəzi Bankı (ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir.

©Marja