azerbaycan-neftinin-qiymeti

Azərbaycan neftinin qiyməti

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 1,71 ABŞ dolları və ya 1,95% artaraq 89,22 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.