azerbaycanda-aqrar-sahe-ile-bagli-yeni-portal-yaradilacaq

Azərbaycanda aqrar sahə ilə bağlı yeni portal yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 5 ay müddətində aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammala tələbatını, istehsalçıların istehsal etdiyi kənd təsərrüfatı məhsullarına dair məlumatları əks etdirən və elektron ticarət imkanlarına malik olan portalın yaradılması ilə bağlı “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” ölkə prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanına uyğun olaraq tədbirlər görməli və nəticəsi barədə dövlət başçısına məlumat verməlidir.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” fərmanda öz əksini tapıb.