azerbaycanda-ev-teserrufatlarina-verilen-kreditlerin-xususi-cekisi-42-e-yaxinlasib

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin xüsusi çəkisi 42%-ə yaxınlaşıb

Bu il aprelin 1-nə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin məbləği 5 432,2 milyon manat təşkil edib.

İnsider.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 1,2%, ilin əvvəlinə nisbətən 2,1%, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.

Hesabat tarixinə fiziki şəxslərə verilən istehlak kreditlərinin ölkə üzrə kredit qoyuluşunda xüsusi çəkisi 41,6% təşkil edib. Bu rəqəm 1 ay bundan əvvəl 41,4%, ilin əvvəlində 40,9%, ötən il martın sonunda isə 39,7% olub.

© Report.az