azerbaycandan-gurcustana-neft-ve-neft-mehsullarinin-ixraci-artib

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı artıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 39 397,1 ton neft və neft məhsulları idxal edib.

İnsider.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir. 

Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının ümumi dəyəri 21 340,3 min ABŞ dolları təşkil edib.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan aldığı neft və neft məhsulları həcm baxımından 7 687,9 ton və yaxud 24,2%, məbləğ baxımından isə 3 mln. 107,4 min dollar və yaxud 17,04% çoxdur.

Ötən ilin I rübündə Gürcüstan Azərbaycandan ümumi dəyəri 18 232,9 min dollar olan 31 709,2 ton neft və neft məhsulları idxal edib.

©“Report”