azerbaycandan-gurcustana-sefer-edenlerin-sayi-2-defe-artib

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 2 dəfə artıb

Bu ilin ilk 10 ayında Azərbaycandan Gürcüstana 65 min 867 nəfər səfər edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 221 min 408 nəfər və yaxud 77,1 % azdır.

Təkcə oktyabr ayında isə qonşu ölkəyə Azərbaycandan 8 min 358 nəfər ziyarətçi yollanıb ki, bu da illik müqayisədə 4 min 434 nəfər və yaxud 2,1 dəfə çoxdur.

Ötən ay Gürcüstan 220 min 705, yanvar-oktyabr aylarında isə 1 milyon 522 min 139 nəfər beynəlxalq ziyarətçi (-7,7 %) qəbul edib.

“Report”