aztv-sedri-taninmis-diktorlari-kanala-geri-cagirdi-foto

AZTV sədri tanınmış diktorları kanala geri çağırdı - FOTO

AzTV-nin sədri səlahiyyətlərini icra edən Rövşən Məmmədov bu gün dövlət televiziyasının tanınmış əməkdaşları ilə görüşüb. 

Bakupost.az-ın məlumatına görə, bu barədə tanınmış diktor Nailə İslamzadə məlumat verib. O bildirib ki,  R.Məmmədov radio və televiziya diktorlarını görüşə dəvət edib: "Rövşən müəllim illərlə nəinki efirə, AzTV-nin həyətinə girməyə belə həsrət qalan diktorlara birlikdə işləmək və təcrübələrindən faydalanmaq istədiyini bildirdi. Onun bizə verdiyi dəyər, əslində, onun özünü ucaltdı".

N.İslamzadənin sözlərinə görə, AZTV sədri diktorlara təklif edib ki, yeni layihələr hazırlasınlar və kanalda yeni verilişlər aparsınlar.

©Bakupost