baki-limanindaki-esas-yuk-terminali-fealiyyetini-dayandirib

Bakı limanındakı Əsas Yük terminalı fəaliyyətini dayandırıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əsas Yük terminalı fəaliyyətini dayandırıb.

İnsider.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

Məlumatda deyilir ki, bu gündən bütün liman əməliyyatları Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında aparılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 18 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Əsas Yük Terminalı ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması, dənizkənarı milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin Ələtdəki yeni Bakı Limanına köçürülməsinə qərar verilib.