bakida-en-yuksek-emek-haqqi-alanlar-aciqlandi

Bakıda ən yüksək əmək haqqı alanlar - AÇIQLANDI

Bakı şəhər Statistika idarəsinin məlumatına istinadən xəbər verir ki, 2019-cu yanvar-fevral aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 794,1 manat olmuşdur.

İnsider.az xəbər verir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.