bakinin-bu-rayonunda-elektrik-kesilecek

Bakının bu rayonunda elektrik kəsiləcək

Bu gün saat 11:00-dan 15:00-a qədər Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yaşayış binalarına, Yeni Müşviq massivindəki həyət evlərinə, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq.

İnsider.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləridir.

"Azərişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.

©Report.az