britaniya-sahzadesi-harri-ve-meqan-marklin-oglu-dunyaya-gelib

Britaniya şahzadəsi Harri və Meqan Marklın oğlu dünyaya gəlib

Böyük Britaniya şahzadəsi və Sasseks hersoqu, şahzadə Harri və Meqan Marklın oğlu dünyaya gəlib.

İnsider.az-ın məlumatına görə, bu barədə cütlük “Instagram” səhifəsində bildirib.

Uşağın adı yaxın günlərdə açıqlanacaq. Bununla da, Böyük Britaniya kraliçası II Yelizaveta səkkizinci dəfə ulu nənə olub.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl ötən ilin mayında evlənib.

©Trend