everestden-uc-ton-zibil-cixariblar

Everestdən üç ton zibil çıxarıblar

İki həftə ərzində 14 könüllü Everestdə üç ton zibil yığıb. Könüllülər turistlərin özlərindən sonra saxladığı zir-zibili 8 min metrəlik hündürlükdən vertolyotlarla çıxarmalı olurlar. İnsider.az bu barədə “CNN”-ə istinadla bildirir.

Tapıntılar arasında boş bankalar, şüşələr, alpinist ləvazimatı var. Bundan başqa, artıq dörd həlak olmuş cəsəd də tapılıb.

Nepal höküməti Everestin zir-zibillə dolmasının dağın bütün ekosistemini təhlükə altına qoyduğundan sonra zibil problemini həll etməyə başlayıb. Könüllülər işlərini daha 45 gün ərzində davam etdirməyi planlaşdırırlar.

Qeyd edək ki, 2017-ci ilin may ayında fransız-nepal ekspedisiyası Everest yamaclarından beş min tondan çox zibil (qaz balonları, çadırlar, konserv bankaları və plastik) yığmışdılar.

Samirə Məmmədova