facebook-messenger-instagram-ve-whatsapp-arasinda-mesaj-mubadilesi-mumkun-olacaq

“Facebook Messenger”, “Instagram” və “WhatsApp” arasında mesaj mübadiləsi mümkün olacaq

Mark Sukerberq "F8" tərtibatçılar konfransında "Facebook Messenger", "Instagram" və "WhatsApp" arasında mesaj mübadiləsi funksiyasını istifadəyə verməyə dair söz verib.

İnsider.az-ın məlumatına görə, sözügedən platformanın istifadəyə verilmə müddəti hələ ki dəqiq bilinmir. "Engadget" resursunun məlumatına görə, bu, artıq 2019-cu ildə reallaşa bilər.

İstifadəçilər "Facebook"a məxsus 3 müxtəlif kommunikasiya platforması arasında mesajlar göndərə və qəbul edə biləcəklər.