fransada-yangin-12-milyon-dollar-deyerinde-serabi-mehv-edib

Fransada yanğın 12 milyon dollar dəyərində şərabı məhv edib


Fransanın Bordo şəhərinin yaxınlığındakı anbarda yanğın 12,9 milyon dollarlıq azı iki milyon şərab və digər alkoqollu içki şüşəsini məhv edib.

İnsider.az bu barədə xəbəri “The Local” və “New York Post”-a istinadla verir.
Anbarlar “Sovex Grands Chateaux” şirkətinə məxsus idi. Yanğın aprelin 18-i başlayıb və təxminən 15 saat davam edib. Məkanda 60-a yaxın yanğın söndürən çalışıb. Anbarın 80 əməkdaşını təxliyə etmək mümkün olub.

Şirkət işçilərindən birinin yerləşdirdiyi videoda alovun taxta altlıqları necə məhv etdiyi görünür. İlkin olaraq müəyyənləşib ki, alovlanma tavandan başlayıb, dam dağılaraq altlıqları yandırıb.

Samirə Məmmədova