gomruk-komitesi-qirmizi-korpu-ile-bagli-melumat-yaydi

Gömrük Komitəsi "Qırmızı Körpü" ilə bağlı -MƏLUMAT YAYDI 

Dünəndən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranmışdı.

İnsider.az xəbər verir ki, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olmuşdu.

Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılmış, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub. Hal-hazırda "Qırmızı Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir.