huawei-e-gore-nazir-isden-cixarildi-britaniyada-ilk-qadin-mudafie-naziri-teyin-olundu

“Huawei”-ə görə nazir işdən çıxarıldı - Britaniyada ilk qadın müdafiə naziri təyin olundu

Böyük Britaniyanın baş naziri Tereza Mey krallığın müdafiə naziri Qevin Uilyamsonun bu vəzifəni tutmaq bacarığına inamını itirdiyi üçün  vəzifəsindən azad edib. İnsider.az bu barədə “Reuters”-ə istinadla xəbər verir.

Hərbi qurumun yeni rəhbəri Böyük Britaniyanın beynəlxalq inkişaf məsələləri üzrə nazir vəzifəsini icra etmiş Penni Mordont təyin olunub. Mordont Böyük Britaniya tarixində ilk qadın müdafiə naziri olacaq.

Mey izah edib ki, Uilyamson Böyük Britaniyada beşinci nəsil mobil əlaqənin yaradılmasında “Huawei” şirkətinin iştirakını Britaniyanın təsdiq etdiyi Milli Təhlükəsizlik Şurasının iclasından KİV-ə edilən məlumat sızıntısından sonra işdən çıxarılıb.

Nazir vəzifəsini tərk edən Uilyamsona Mey qeyd edib ki, istintaq baş vermiş sızıntıda sırf onun günahkar olduğunu göstərib. Lakin Uilyamson özü baş verənlərlə əlaqəsini inkar edir.

“Sky News”-un məlumatına görə, istefaya göndərilmiş nazirin barəsində cinayət işi başlana bilər.

Xatırladaq ki, ABŞ Çinin “Huawei” şirkətini Pekinin lehinə casusluqda ittiham edərək, şirkətə müharibə elan edib.

Samirə Məmmədova