internetin-yaradicisi-onun-menbe-kodunu-satisa-cixarir

İnternetin yaradıcısı onun mənbə kodunu satışa çıxarır

Qlobal internet şəbəkəsinin yaradıcısı Tim Berners-Li onun mənbə kodunu satışa çıxarır.

“Bloomberg” xəbər verir ki, “Sotheby’s” hərrac evi vasitəsilə təklif olunacaq NFT-tokenin başlanğıc qiyməti min dollardır.

Hərrac iyunun 23-dən 30-dək keçiriləcək.

Qeyd edək ki, “www” şəbəkəsinin mənbə kodu 9555 sətirdən ibarətdir.

Onu əldə edəcək şəxsə Tim Berners-Lidən xüsusi məktub təqdim olunacaq.