irevan-gumru-yolunda-dehsetli-qeza-alti-olu-doqquz-yarali

İrəvan-Gümrü yolunda dəhşətli qəza: Altı ölü, doqquz yaralı

Ermənistanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrində “Qazel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Nəticədə altı nəfər ölüb, doqquz nəfər yaralanıb.

Mənbə: “Sputnik Ermənistan”