iyul-ayi-uzre-pensiyalarin-tam-odenilme-vaxti-aciqlandi

İyul ayı üzrə pensiyaların tam ödənilmə vaxtı AÇIQLANDI

Ölkə üzrə iyul pensiyalarının tam ödənilmə vaxtı məlum olub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.