izvestiya-qazetinin-binasi-yandi

“İzvestiya” qazetinin binası yandı

Moskvanın mərkəzində, “İzvestiya” qazetinə məxsus tarixi binada yanğın olub.

İnsider.az-ın məlumatına görə, "RİA Novosti" xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb.

Yanğınsöndürmə zamanı 2 nəfər xilas olunub.

"İzvestiya" qazetinin binası Moskvanın ən məşhur tikililərindən biridir. 1925-1927-ci illərdə inşa olunan bina Oktyabr inqilabının 10-cu il dönümü ərəfəsində istifadəyə verilib. 

© Oxu.az