kanadalilar-kamikadze-dron-yaradib

Kanadalılar kamikadze dron yaradıb

Kanadanın “AerialX” şirkəti digər dronları yararaq sıradan çıxaran kamikadze dronu yaradıb.

İnsider.az bu barədə “Digital Trends”-ə istinadla məlumat verir.

Dronları məhv edən apparat raket və kvadrokopterin hibridi kimi görünür. Avtonom apparat sərbəst şəkildə hədəfləri müəyyən etmək və onları təqib etmək imkanına malikdir.

Apparatın çəkisi kiloqramdan azdır, özü də artıra biləcəyi sürət 350 km/s çatır.

Kamikadze dronun maksimal sürətdə obyektlərlə toqquşması onları sıradan çıxarmağa kömək edir.

Dronun korpusunda ətraf fəzanın təhlili ilə məşğul olan bir neçə kamera yerləşib. Fərqli dronlar üçün onun fərqli ləğvetmə üsulları var. Misal üçün, özünü dərhal məhv etməmək üçün kiçik dronları aşağıdan, böyük dronları isə yuxarıdan yarır.

Samirə Məmmədova