marsda-ilk-defe-zelzele-qeyde-alinib

Marsda ilk dəfə zəlzələ qeydə alınıb

Fransız seysmometri amerikalı eniş apparatında dünyada ilk dəfə Marsdakı zəlzələni qeydə alıb.

İnsider.az-ın məlumatına görə, bu barədə “CNES” fransız kosmik agentliyi “Twitter”-də xəbər verib.

Qeyd edilir ki, “SEIS” seysmometri ABŞ-ın “InSight” eniş apparatında aprelin 6-ı təkanlar sezib. Lakin “Mars zəlzələsi” barədə rəsmi məlumat ancaq aprelin 23-ü yayılıb.

Samirə Məmmədova