Mayın 1-i respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnsider.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 1-də hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarına gəlincə, mayın 1-də hava əsasən, yağmursuz keçəcək. Axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 14-19 dərəcə isti təşkil edəcək.