mecburi-kockun-aileleri-ucun-yeni-mehelle-tikilir

Məcburi köçkün ailələri üçün yeni məhəllə tikilir

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ucar rayonu ərazisində 250 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 5 mərtəbəli 45 mənzilli 1, 2, 3, 4, 5, 6 №-li yaşayış binalarının; qaz təchizatı şəbəkəsinin; 100 yerlik uşaq bağçasının (istilik məntəqəsi ilə); klub-icma mərkəzinin və inzibati binanın; abadlıq işləri və yol-küçə şəbəkəsinin; xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin; su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi; Ucar rayonu ərazisində məktəb və yataqxanalarında 250 ailəlik məhəllənin salınması işlərinin satınalınması üzrə açıq tender elan edir.

İnsider.az xəbər verir ki, rəsmi məlumata əsasən iştirakçılar tender təkliflərini 4 iyun 2019-cu il saat 18:00-a qədər Bakı şəhəri,Tbilisi prospekti, 57D ünvanına təqdim etməlidirlər. Zərflər ertəsi gün saat 16:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Tenderdə iştirak haqqı lotdan aslı olaraq 50-170 manat arasında dəyişir.