meizu-16s-on-sifaris-muddetinde-tukendi

"Meizu 16s" ön sifariş müddətində tükəndi

"Meizu" ötən günlərdə yeni flaqman modeli "Meizu 16s"i tanıtmışdı.

İnsider.az xəbər verir ki, ötən gün yeni modelinin ilkin sifarişlərini qəbul etməyə başlayan "Meizu" böyük maraqla qarşılanıb. Belə ki, sifarişlər sürətlə artıb və "Meizu 16s" ilkin sifarişlərdə tez bir zamanda tükənib. 

Flaqman modelin 6 GB RAM və 128 GB yaddaş versiyasının qiyməti 475 USD, 8 GB RAM və 128 GB yaddaş versiyasının qiyməti isə 520 USD olub.

Qeyd edək ki, yeni model performans testlərində ən əsas rəqibləri olan "Xiaomi Mi 9" və "Galaxy S10 Plus" kimi modelləri geridə qoymuşdu.

©Finans