2018-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transfertlərinə ehtiyacı olmayıb.
İnsider.az xəbər verir ki, bu barədə tənzimləyici qurumun maliyyə hesabatından məlum olur.
Xatırladaq ki, 2017-ci ildə ARDNF-dən AMB-yə transferlərin məbləği 3 milyard 949 milyon 485 min manat təşkil edib. Əvvəlki ili 3 milyard 513 milyon 453 min manat mənfəətlə başa vuran AMB ötən ildən 60 milyon 316 min manat zərərlə çıxıb.
© Report