merkezi-bankin-valyuta-ehtiyatlari-ile-bagli-nikbin-proqnoz

Mərkəzi Bankın valyuta ehtiyatları ilə bağlı nikbin proqnoz

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-2020-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

İnsider.az xəbər verir ki, BVF-nin Qafqaz və Orta Asiya ölkələri üzrə yenilənmiş regional icmalında dərc olunmuş proqnozlarına görə, 2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları 6 mlrd. dollar təşkil edəcək.

Fond 2020-ci ildə AMB-nin ehtiyatlarının 6,3 mlrd. dollaradək artacağını proqnozlaşdırır.

Hesabata əsasən, 2019-cu ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları idxal xərclərini 4,4 ay, 2020-ci ildə isə 4,7 ay ödəmək üçün kifayət edəcək.

29 mart 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 5,78 mlrd. dollar təşkil edir.

© İnterfaks-Azərbaycan