muasir-dovrde-pul-yigmagin-qaydasi-50-dek-gelir

Müasir dövrdə pul yığmağın qaydası – 50%-dək gəlir

Müasir dövrdə uğurlu insanların pul yığmaq prinsiplərində xüsusi bir qayda var. Bu da puldan pul qazanmaqdır. Bütün dövrlərdə insanlar daha çox pul qazanmağa və çətin günlərə hazırlıqlı olmaq üçün pul yığıblar. İndi də insanlar belə edirlər.

Puldan pul qazanmaq üçün və ya “qara günə” pul yığmaq üçün müasir dövrümüzdə bir neçə üsullar var. Bunlar arasında ən “əlçatanları” aşağıdakılardı.

1.Depozitlər

2.Qiymətli kağızlar

3.Həyatın Yaşam Sığortası (Yığım İnvestisiyası)

Sual verə bilərsiniz ki, bunlardan hansı daha sərfəlidir? Odur ki, qısa da olsa bu pul toplamaq üsullarına nəzər salaq.

Depozitlər

Banka müəyyən məbləğdə uzun müddətə pul yatırırsız. Əgər manatda əmanət yerləşdirmisinizsə, o zaman ən yaxşı halda əmanətiniz illik 11-12% gəlir gətirəcək. Əgər dollarda əmanət qoymusunuzsa, o zaman ən yaxşı halda 2-3% dividendiniz olacaq.

Qiymətli kağızlar

Hər hansı şirkətin səhmini və ya istiqrazını əldə etmək üçün ilk növbədə bildirək ki, böyük məbləğ lazımdır. Əks təqdirdə komissiya haqqları gəlirlərinizi yeyəcək. Amma pulunuz çoxdursa, müəyyən qədər risqə getməklə hər hansı şirkətin səhmini ala bilərsiniz. Həmçinin yerli şirkətlərin istiqrazlarını da almaqla, müəyyən qədər qazanc əldə etmək olar. Amma bu qiymətli kağızlardan çoxlu sayda alınmasa, ciddi bir gəlir əldə etməyəcəksiniz.

Həyatın Yığım Sığortası - əmək haqqınızdan əlavə 50%-dək gəlir

Ən maraqlı və ən gəlirli yığım alətlərindən biri də bu məhsuldur. Təsəvvür edin ki, əmək haqqınızdan əlavə 50%-dək qazanc əldə etmək olar.  Bu sığorta məhsulunu əldə etdikdə, Azərbaycan Respublikası qanunvericiliyi imkan yaradır ki, həm gəlir vergisi, həm də sosial müdafiə fonduna ödənilən vəsaitlər sizin xeyrinizə  həyat sığortası şirkətində cəmlənsin və müəyyən olunmuş müddət bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edəsiniz.

Həmçinin pulunuzun təhlükəsiz saxlanılmasını və dövr ərzində həyat sığortasını əldə etmiş olursuz. Bundan başqa, istəyinizdən asılı olaraq dollarda yığım imkanı qazanırsınız.

© Marja.az