qiymetli-kagizlara-dair-istisna-hal-mueyyenlesib

Qiymətli kağızlara dair istisna hal müəyyənləşib

Bu gün Milli Məclisin plenar iclasında "Qiymətli kağızlar bazarı haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

İnsider.az xəbər verir ki, dəyişiklik "Qiymətli kağızlar bazarı haqqında" qanunun ipoteka kağızına şamil olunmamasını nəzərdə tutub. 

Bununla bağlı qanuna yeni 2.4.cü maddə (Bu qanun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-2.2-1-ci maddəsi ilə müəyyən edilən qiymətli kağızlara şamil edilmir) əlavə edilməsi təklif olunub. 

Mülki Məcəllənin 1078-2.2-1. maddəsinə əsasən, daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, daşınmaz əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və daşınmaz əmlakın ipotekası haqqında müqavilədə göstərilən ipoteka hüququnu təsdiq edən sənədsiz adlı qiymətli kağızdır. 

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

©ona.az