queen-qrupu-britaniya-kralicasindan-varli-cixdi

“Queen” qrupu Britaniya kraliçasından varlı çıxdı

Əfsanəvi “Queen” qrupunun var-dövləti son il ərzində o qədər artıb ki, Böyük Britaniya kraliçası II Elizabetin var-dövlətini üstələyib.

İnsider.az bu barədə “The Times”-a istinadla yazır.

Yenicə çıxmış bioqrafik “Bohemiya rapsodiyası” filminin uğuru sayəsində qrup üzvləri Brayan Mey, Rocer Teylor və Con Dikonun birgə var-dövləti 445 milyon funt sterlinq təşkil etdi.

Bu arada, “The Sunday Times Rich List” resursunun məlumatına əsasən, 93 yaşlı kraliça II Elizabetin isə var-dövləti 370 milyon funt sterlinqlə ölçülür.

Samirə Məmmədova