resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin aprel ayının 23-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 22-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9126 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0266 manatda qalıb.

1 türk lirəsi isə 0,2916 manata yüksəlib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

 Aprelin 22-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9105 manata, 1 rubl 0,0266 manata, 1 türk lirəsi isə 0,2915 manata bərabər idi.