resmi-mezenneler-aciqlandi

Rəsmi məzənnələr açıqlandı

2019-cu ilin may ayının 7-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi mayın 6-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9063 manata, rubl/manat məzənnəsi isə 0,0261 manata qalxıb.

1 türk lirəsi isə 0,2792 manata geriləyib. 

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

Mayın 6-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9026 manata, 1 rubl 0,0260 manata, 1 türk lirəsi isə 0,2840 manata bərabər idi.