sigorta-sirketinin-rehberliyine-yeni-teyinat-olub

Sığorta şirkətinin rəhbərliyinə yeni təyinat olub

“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib.

İnsider.az xəbər verir ki, bu, Ülviyyə Abbasovadır.

O, bundan əvvəl “PAŞA Sığorta”nın daxil olduğu “PAŞA Holdinq” MMC-də çalışıb və yeni vəzifəsində bir qədər əvvəl holdinqin maliyyə direktoru təyin edilmiş Murad Süleymanovu əvəz edib. Ü.Abbasova İH-nın üzvü kimi maliyyə blokuna rəhbərlik edəcək. 

©“Report”