sri-lankadaki-terakt-zamani-danimarkali-milyarderin-uc-ovladi-helak-oldu

Şri-Lankadakı terakt zamanı danimarkalı milyarderin üç övladı həlak oldu

Şri-Lankada baş verən terkatlar seriyasında danimarkalı milyarder Anders Holx Povlsenin dörd övladından üçü həlak olub.

İnsider.az bu barədə xəbəri “BBC”-yə istinadla bildirir.

Uşaqların adları açıqlanmır.

“BBC”-yə müsahibə verən milyarderin nümayəndəsi əlavə şərhlərdən imtina edərək, “təəssüf ki, biz xəbərləri təsdiqləyirik” deyib.

Ailə Şri-Lankaya katolik Pasxa bayramına görə gedib.

Qeyd edək ki, Anders Holx Povlsen “Bestseller” riteylerinin sahibi və “ASOS” geyim və kosmetika onlayn-mağazasının ən iri səhmdarlarından biridir. Onun var-dövləti təxminən 8 milyard dollar dəyərində qiymətləndirilir. Biznesmen, “Forbes”-a görə, 2019-cu ildə dünyanın ən zəngin adamları siyahısında 252-ci pillədədir və bu siyahıda həmçinin ən varlı danimarkalıdır.

Xatırladaq ki, bazar günü, aprelin 21-i Şri-Lankanın bir sıra mehmanxana, katolik kilsələri və digər yerlərində səkkiz partllayış baş verib. Bazar ertəsi günü səhərə olan xəbərə görə, aralarında onlarla əcnəbinin olduğu həlak olanların sayı 290-a çatıb. Bundan başqa, 500 nəfərə yaxın insan ağır xəsarət alıb.

Baş verən teraktlara görə, hələ ki, heç kəs öz üzrəinə məsuliyyəti götürməyib, Şri-Lanka höküməti isə yerli “Thouheeth Jamath” qruplaşmasının teraktlarla bilavasitə əlaqəsi olduğunu deyib. Bir qədər sonra isə ölkədə yerli vaxtla gecə yarsı fövqəladə vəziyyətin elan olunacağı bildirildi.

Samirə Məmmədova