tiktok-birlesmis-statlar-170-milyon-amerikalinin-soz-azadligini-tapdalayir

“TikTok”: Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır

“ABŞ Nümayəndələr Palatasının “TikTok” tətbiqini bloklamaq məqsədilə qəbul etdiyi qanun layihəsi insanların söz azadlığı hüququnu pozur”.

Bu barədə Çinin “TikTok” sosial şəbəkəsinin mətbuat xidmətinin ictimailəşdirdiyi bəyanatda qeyd olunub.

“TikTok” rəhbərliyi hesab edir ki, Nümayəndələr Palatası sosial şəbəkənin fəaliyyətinə qadağa qoymaqla 170 milyon amerikalının söz azadlığını tapdalayır.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın “TikTok”un qadağası ilə bağlı hazırlanan qanun layihəsinə baxacağı bildirilir.

Oxu.Az