tramp-cine-gomruk-vergilerini-yukseldir-qlobal-risk-artdi

Tramp Çinə gömrük vergilərini yüksəldir - QLOBAL RİSK ARTDI

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq edilən gömrük vergiləri ilə əlaqədar açıqlama verib.

İnsider.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabından etdiyi paylaşmada, "Çini bizə on aydır yüksək texnologiya sahəsində 25%, 200 milyard dollar məbləğindəki digər mallarda isə 10% vergi ödəyir. Bu 10%-lik vergi Cümə günü 25%-ə yüksələcək" yazıb.

Tramp, "Çindən alınan 325 milyard dollarlıq mallarda vergi yoxdur, ancaq qısa bir müddət sonra 25% vergi tətbiq ediləcək. Bizə ödənən vergilərin Çin tərəfindəki qarşılığının çox az olduğunu düşünürəm. Çin ilə ticarət danışıqları hələ də davam edir, ancaq müzakirə etməyə çalışdıqları üçün müddət çox yavaş davam edir. Buna "xeyr" deyirəm",- açıqlamasını edib

Trampın bu açıqlamaları qlobal risklər yenidən artırıb. 

Çin ABŞ-la ticarət danışıqlarından imtina edə bilər

Çin Amerika lideri Donald Trampın təhdidləri səbəbindən ABŞ-la ticarət danışıqlarının növbəti mərhələsini ləğv edə bilər.

Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, söhbət Trampın bir neçə Çin məhsuluna gömrük rüsumunun qoyulması ilə bağlı bəyanatından gedir. Qəzet yazır ki, Çin Trampın hədələrindən son dərəcə narahatdır və "təzyiq altında" danışıqlar aparmaqdan imtina edə bilər.

©Marja