turk-hava-yollarindan-biletlerin-qiymetine-30-endirim

Türk Hava Yollarından biletlərin qiymətinə 30% endirim

Türk Hava Yollarının Azərbaycan Respublikasına uçuşlar icra etməyə başlamasının 30-cu ili münasibəti ilə Bakı Nümayəndəliyi tərəfindən təşkil olunan silsilə kampaniyalar davam edir.

Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, növbəti kampaniya isə 30-cu ilə özəl 30% endirim kampaniyasıdır. Türkiyə istiqamətində keçərli olacaq kampaniya biletlərinin satış günləri 30 Sentyabr və 1 Oktyabr tarixləridir. Kampaniya çərçivəsində istənilən tarixə istər gediş gəliş istərsə də tək istiqamətdə bilet əldə etmək mümkündür. Kampaniya, Bakı uçuşlarından başqa Türk Hava Yollarının Gəncə və Naxçıvan uçuşlarında da keçərli olacaqdır.

Xatırlatmaq istəyirik ki, Bakı – İstanbul istiqamətində kampaniya bilet qiyməti vergilər daxil olmaqla 165 Avrodan başlayır.

Türk Hava Yolları İstanbul(Yeni) havalimanından Bakıya günlük 3 uçuş yerinə yetirməkdədir. Bundan başqa Gəncə və Naxçıvan şəhərlərinə də həftənin müəyyən günlərində uçuşlar təşkil edilməkdədir. Eləcə də Türk Hava Yolları markası olan Anadolujet aviaşirkətinin İstanbul Sabiha Gökçen və Ankara hava limanlarına səfərləri mövcuddur.