visa-dan-mikrobiznes-ucun-imtiyazli-tarif

“Visa”dan mikrobiznes üçün imtiyazlı tarif

“Visa” mikrobiznes üçün ekvayrinqə imtiyazlı tarif tətbiq edəcək. 

Rusiya bankları “Visa”dan bu ilin 9 iyul tarixindən etibarən dövriyyəsi 10 milyon rubldan aşağı olan ticarət məntəqələri üçün banklar arası komissiyanın ilə 1% olacağına dair bildiriş alıb. 

İnsider.az xəbər verir ki, imtiyazlı tarifə namizədlər bir neçə tələbə cavab verməlidir. Məsələn, onların “Visa” kartlarının illik dövriyyəsi 3 mln. rubldan artıq olmamalı, yeni müştəri olmalı, yəni  ekvayrinqə qoşulmazdan ən azı altı ay müddətində “Visa” kartı qəbul etməməlidirlər, həmçinin bu mikrobizneslərin fəaliyyəti Rusiyada kiçik və orta sahibkarlığın inkişafına dair Federal qanunun normalarına müvafiq olmalıdır.  

Rusiya banklarının bəziləri belə məktub aldıqlarını təsdiq etsələr də, “Visa” və “Mastercard” sorğuya hələ ki, bir cavab verməyiblər.