yaponiyanin-yeni-imperatoru-ilk-muracietle-cixis-etdi

Yaponiyanın yeni imperatoru ilk müraciətlə çıxış etdi

Yaponiyanın yeni təyin olunmuş imperatoru Naruxito cəmiyyətə öz ilk müraciətində Konstitusiya və xalqın iradəsinə müvafiq olaraq hərəkət edəcəyinə söz verib və taxtı tərk etmiş atası Akixitoya təşəkkürünü bildirib.

İnsider.az bildirir ki, Naruxito taxta çıxaraq, öz atası Akixito və Yaponiyanın əvvəlki imperatorlarına uyğun davranacağına söz verib.

Yeni imperatorun taxta çıxması ilə eyni zamanda ölkədə yeni "Reyva" ("Gözəl harmoniya") dövrü başlayır.

Qeyd edək ki, ötən gün Yaponiya imperatoru Akixito taxtdan imtina etdi, istirahətə getdiyini elan edib ölkə xalqına minnətdarlığını bildirmişdi.

Samirə Məmmədova