"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Xaçmaz rayonu ərazisində Qudyaçay, Ağçay və digər çaylarında sahilbərkitmə işləri (1) və Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işləri(2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında bildirilir ki, tenderlərin qalibləri "Foundation Technology Group" və "Aztikintiservis" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 733 min manat və 646 min manat, ümumilikdə isə 1,4 milyon manat ödəniləcək.
Report