18 Noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 97,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 16 Noyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 90,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 85 valyuta hərracında banklara 5 milyard 356,42 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.
Marja