13-bankin-faiz-gelirleri-azalib

13 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 13-nün bu ilin I rübündəki faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "PAŞA Bank", "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "Zıraat Bank Azərbaycan" "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Premium Bank", "Yelo Bank", "Muğan Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (48,5%), ən aza azalma isə "PAŞA Bank"da (1%) qeydə alınıb.

Qalan 15 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika "Naxçıvan Bank"da (78,3%), ən aşağı dinamika isə "Xalq Bank"da (0,8%) qeydə alınıb.

5 bankın faiz gəlirləri 25 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu ilin I rübündəki faiz gəlirləri 25 milyon manatdan çox olub.

Bunlar "Kapital Bank" (106 milyon 498 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (105, milyon 772 min manat), "PAŞA Bank" (52 milyon 14 min manat), "Xalq Bank" (27 milyon 568 min manat) və "Access Bank"dır (25 milyon 984 min manat).

Qalan 23 bankdan 6-də faiz gəlirləri 10-23 milyon manat arasında, 15 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

®️Renkinq