14-min-600-neferi-isden-cixaracaq

14 min 600 nəfəri işdən çıxaracaq

Fransanın avtomobil istehsalçısı Renault dünya miqyasında 14 min 600 nəfər işçisi ilə yollarını ayırmağa hazırlaşır

Fransanın avtomobil istehsalçısı Renault SA şirkəti, qlobal avtomobil sektorunda uzun müddətdir davam tənəzzül ilə mübarizədə xərcləri azaltmaq üçün bütün dünyada 14 min 600 nəfəri işdən çıxarmağa və istehsal gücünü təxminən beşdə bir nisbətində (20%) azaltmağa hazırlaşır.

Avtomobil istehsalçısının açıqladığı plana görə, Fransada işçi qüvvəsinin 10%-nə bərabər gələn 4 min 600 nəfər ixtisar ediləcək. Şirkət Dünyanın digər ölkələrində isə 10 mindən çox işçisi ilə yollarını ayıracaq. Renault-ın bütün dünyada 180 mindən çox işçisi var.

Plan ilə 2 milyard avrodan çox (2.2 milyard dollar) qənaət edilməsi hədəflənir.

Marja