Milli Məclisin bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
İnsider.az xəbər verir ki, layihədə qanunun qüvvəyə minmə vaxtının uzadılması təklifi əksini tapıb.
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.
Yəni qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
© Report.az