İstehlaka yararsız müxtəlif növ dondurma məhsulları məhv edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, şirkətlərdən birinin agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 26 adda, 16 046 kq müxtəlif növ dondurma məhsulları tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.