20-minden-artiq-insan-konullu-sekilde-koronavirusa-yoluxdurulacaq

20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq

20 mindən artıq insan koronavirusa qarşı vaksin hazırlanması üçün təcrübədə iştirak etməyə razılıq verib. Bu barədə “The Wall Street Journal” xəbər yayıb.

Könüllülər Britaniyanın “hVIVO” qrupunun proqramına yazılıblar.

Bildirilir ki, yeni tip koronavirusun müalicəsi üçün hələ ki, zəmanətli dərmanlar tapılmadığı üçün könüllülər SARS-CoV-2 virusuna deyil, həmin ailədən oxşar virusa yoluxdurulacaqlar.

Yoluxmadan sonra onlar iki həftə karantində qalacaqlar. Təcrübədə iştirak edən hər kəsə 3500 Britaniya funtu (təxminən 7800 AZN) ödəniləcək.

Oxu.Az